"Səyyar qəbul otağı" həftəlik işini Ağdaş rayonunda başa vurdu

 

"Səyyar qəbul otağı" həftəlik işini Ağdaş rayonunda başa vurdu

"Paralel.az" xəbər verir ki, həftənin sonuncu "Açıq mikrofon" aksiyası Ağdaş rayonunun Qaradeyin kəndində baş tutub. "Səyyar qəbul otağı"na 30-dək kənd sakini qatılıb. Mikrofon önünə keçən vətəndaşlar sözügedən kəndə daşıyıcı qaz xəttinin çəkilməsi münasibəti ilə ölkə başçısına minnətdarlıqlarını ünvanlayıblar. SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin Zaqatala Regional qaz istismarı İdarəsinin rəhbərliyi təbii qazdan təhlükəsiz istifadə qaydalarını görüş iştirakçılarının diqqətini çatdırıb.

0.015436887741089