Norveçli terrorçu saxlanma şəraitindən narazıdır - dövlətdən tələbləri 

Norveçli terrorçu saxlanma şəraitindən narazıdır - dövlətdən tələbləri 
 

2011-ci ildə Norveçdə bomba yüklü avtomobil hücumundan sonra Leyboristlər Partiyasının yay düşərgəsində gəncləri qətlə yetirən neonasist Anders Breyvik saxlanma şəraitinə görə Norveç dövlətinə qarşı iddia qaldırıb. 

44 yaşlı cinayətkar həbsxanadakı təcrid şəraitinin "insan hüquqlarına zidd" olduğunu iddia edib.

Hücrəsində məşq edə biləcəyi otağı, şəxsi vanna otağı və mətbəxi olan Breyvik məhkəmədən xarici dünya ilə ünsiyyətinin açılmasını da istəyib.

Breyvikin vəkili onun saxlanma şəraitinə görə artıq yaşamaq istəmədiyini bildirib.

Qeyd edək ki, Anders Breyvikin hücumu nəticəsində 77 nəfər ölüb.

Breyvik 2012-ci ildə 21 il müddətinə azadlıqdan məhrum edilib. Bu, Norveç qanunlarına görə ən uzun cəzadır. Lakin cəzası başa çatdıqdan sonra onun hələ də təhlükə yaratması ilə bağlı inam varsa, cəzası uzadıla bilər. Breyvik 2016-cı ildə Norveç dövlətinə qarşı insan haqları iddiası qaldırıb və onun bir hissəsi təmin edilib. Lakin gələn il bu qərar ləğv edilib.

Breyvik də 2022-ci ildə şərti azadlığa buraxılması üçün müraciət etsə də, məhkəmə onun dəyişmədiyini və hələ də cəmiyyət üçün risk yaradacağını əsas gətirərək onun ərizəsini rədd edib.

 

0.01160717010498