Blinken: BMT məhkəməsində İsrailə qarşı iddia münaqişənin həllindən yayındırır

Blinken: BMT məhkəməsində İsrailə qarşı iddia münaqişənin həllindən yayındırır
 

Birləşmiş Ştatlar hesab edir ki, Cənubi Afrika Respublikasının Qəzza zolağındakı hərəkətlərinə görə İsrailə qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı iddia dünya ictimaiyyətinin diqqətini anklavdakı münaqişənin həllindən yayındırır.

Paralel.az-ın "Report"un TASS-a istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken Tel-Əvivdə keçirdiyi mətbuat konfransında deyib.

"Biz hesab edirik ki, Beynəlxalq (BMT) Məhkəməsində İsrailə qarşı işin açılması dünyanı bütün bu mühüm səylərdən yayındırır", - Blinken deyib.

0.073766946792603