Roma Papası surroqat analığı qadağa etməyə çağırdı

Roma Papası surroqat analığı qadağa etməyə çağırdı
 

Roma Papası Fransisk surroqat analığa bütün dünyada qadağa qoyulacağına ümid etdiyini bildirib.

O, bunu Vatikan tərəfindən akkreditə olunmuş diplomatlara müraciətində deyib.

Roma Papası qeyd edib ki, artıq dünyada bir çox ölkələr bu xidməti qadağan edir.

“Mən qadınların və uşaqların ləyaqətinin kobud şəkildə alçaldılmasını əks etdirən, ananın maddi ehtiyacları ilə bağlı vəziyyətlərin istismarına əsaslanan surroqat analıq təcrübəsini acınacaqlı hesab edirəm”, - o bildirib.
Xatırladaq ki, Bolqarıstan, Fransa, Almaniya, İtaliya, Portuqaliya, Tayvan və İspaniyada surroqat analığın hər bir forması artıq qadağandır. Kanada, Danimarka, Yeni Zelandiya, Braziliya, Böyük Britaniya və Avstraliyada maddi məqsədlə surroqat analıq qadağandır, lakin bu ölkələrdə altruizmə əsaslanan surroqat analığa icazə var ki, bu halda surroqat ana öz xidmətlərindən qazanc əldə etmir.

 

0.01581597328186