Ermənistan ABŞ üçün kiçik məsələdir - Erməni politoloq

Ermənistan ABŞ üçün kiçik məsələdir - Erməni politoloq
 

"2024-cü il təkcə münaqişələrlə deyil, həm də seçkilərlə zəngin olacaq. Bu il ABŞ-də, Rusiyada,  qonşularımız - Gürcüstan və Azərbaycanda, ola bilsin ki, Almaniyada, Belçikada da seçkilər olsun. Bu seçkilər istənilən halda hansısa formada Ermənistana öz təsirini göstərəcək".

Bunu erməni politoloq Stepan Danielyan deyib.

Rusiyada keçirilən seçki haqqında danışarkən deyib ki, Putin şəksiz qalib kimi tanınacaq. 

O əlavə edib ki, bu seçkidə Rusiyanın taleyi həll olunur: "Moskvanın xüsusən də Cənubi Qafqazda hansı siyasəti aparacağı həll olunur. Onların hamısı bir-birinə bağlıdır". 

Politoloq bildirib ki, böyük dövlətlərdə keçirilən seçkilər dünyanın taleyinə, geosiyasi dəyişikliklərə təsir edir və istənilən seçki, hətta kiçik ölkələrdə baş verənlərə də qlobal təsir göstərir. "Təbii ki, hamı kimi, bizə də təsir edəcək”, - deyə politoloq bildirib.

ABŞ-də keçiriləcək seçkilərə gəldikdə Danielyan əmindir ki, burada istənilən daxili seçki ölkənin xarici siyasətinə təsir edir: "ABŞ seçkiləri qlobal əhəmiyyət kəsb edir. Onlar həm daxili siyasəti, həm də nəticə etibarilə xarici siyasəti də dəyişəcəklər. Bizə hansı təsirləri olacağına  gəldikdə deyə bilərəm ki, Ermənistan ABŞ üçün kiçik məsələdir. Lakin biz bu təsirləri də hiss edəcəyik".

Mürtəza
Ölkə.Az

 

0.014577865600586