Blinken ərəb dövlətlərinin mesajını İsrailə çatdırdı

Blinken ərəb dövlətlərinin mesajını İsrailə çatdırdı
 

ABŞ dövlət katibi Antoni Blinken yenidən İsrailə səfər edib.

“Reuters” xəbər verir ki, o, Yaxın Şərqdə gərginliyi azaltmaq məqsədi daşıyan bir həftəlik səfəri zamanı İsrail prezidenti İsaak Hersoqla görüşüb.

Görüş İsrailin Tel-Əviv şəhərindəki David Kempinski hotelində baş tutub.

Blinken İsrailin Fələstin dövlətinin varlığına yol açdıqları halda ərəb qonşuları tərəfindən qəbul olunmaq şansının hələ də olduğunu bildirib.

Həmçinin o, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə iki günlük danışıqlarda eşitdiklərini bölüşəcəyini söyləyib.

Qeyd edək ki, Antoni Blinkenin oktyabr ayından bəri bölgəyə dördüncü səfəridir.

 

 

0.018383026123047