Aparıcının zarafatından sonra məşhur müğənni mərasimi tərk etdi 

Aparıcının zarafatından sonra məşhur müğənni mərasimi tərk etdi 
 

"Qızıl Qlobus" mükafatına namizəd olan Taylor Svift mərasimin aparıcısı Co Koyun sevgilisi Travis Kelce haqqında etdiyi zarafatdan əsəbiləşib. 

Aparıcı Taylorun sevgilisi Amerika futbol oyunçusu Travisi dəstəkləmək üçün matçlara tez-tez getməsini və bu müddət ərzində kameraların Tayloru çəkməsini vurğulayıb.

Conun zarafatı ulduz müğənni də daxil olmaqla bir çox insanı əsəbiləşdirib. Taylor daha sonra mərasimi erkən tərk edib.

Onun yoxluğu bir çox pərəstişkarının diqqətindən yayınmayıb. Sosial şəbəkələrdə tez bir zamanda trend mövzusuna çevrilən hadisəyə bir çoxları münasibət bildirib.

Digər tərəfdən bir çox sosial media istifadəçisi Taylor Sviftin mükafatı “Barbi” filminə itirdiyi üçün mərasimi tərk etdiyini düşünüb. Lakin filmin aktyor heyətini ayaqda alqışlayan ilk şəxs Taylor olub.

 

0.015737056732178