Olur - Zöhrab Mehdinin qələmindən...

Olur - Zöhrab Mehdinin qələmindən...
 

Ah o,"ah"lar, ah o,"of"lar...
dönə-dönə olur, dostum.
Bir az çətin olur sevmək,
Amma, yenə olur dostum.

Duyğuların başa çıxır,
Fikirlərin çaş-baş olur.
Bütün cəhdin boşa çıxır,
Yastığın - qaya, daş olur.

Daşır ürəyinin yükü,
Qanı qaçır, yağı gedir.
Saralır gözünün kökü,
Qarası, həm ağı gedir.

Yüyürürsən, yıxılırsan,
Bulanırsan, durulursan.
Toplanırsan, çıxılırsan,
Bölünürsən, vurulursan.

...Bir az çətin olur, sevmək
Bir az çətin olur, dostum.
Amma, hər şey bir arada
Adam, bütün olur dostum!

"Paralel.az"

0.080549001693726