2024-cü ildə Ermənistan üçün çətin il olacaq, problemlərlə üzləşəcək - Ekspert

2024-cü ildə Ermənistan üçün çətin il olacaq, problemlərlə üzləşəcək - Ekspert
 

2024-cü il Ermənistan üçün bir çox məqamına görə, çox məsuliyyətli, vacib və müəyyən dərəcədə təhlükəli il olacaq. 

Bunu “Azadlıq” radiosuna açıqlamasında Karnegi Fondunun baş eksperti, Qarabağ münaqişəsi üzrə mütəxəssis Tom de Vaal deyib.

"Ölkə 1980-ci illərin sonu və ya hətta 1920-ci illərin vəziyyəti ilə müqayisə oluna bilən, bəlkə də, ən çətin seçimi ilə üzləşir. 
 Ermənistan təkcə Azərbaycandan gələn təhlükə ilə deyil, həm də Rusiya ilə münasibətləri itirmək və ya pozmaq təhlükəsi ilə üzləşdiyi il olacaq. Beləliklə, 2024-cü ildə Ermənistanın qarşısına heç şübhəsiz, çoxlu problemlər çıxacaq", - Tomas de Vaal qeyd   edib.

 

 

0.029441118240356