Çin Tibetin inkişafına 11 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır

Çin Tibetin inkişafına 11 milyard dollardan çox sərmayə qoymağı planlaşdırır
 

Çin hökuməti 2024-cü ildə Tibet Muxtar Bölgəsinin iqtisadiyyatının inkişafına təxminən 80 milyard yuan (11 milyard ABŞ dollarından çox) sərmayə qoymağı planlaşdırır.

Paralel.az xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Bildirilib ki, bu maliyyə vəsaiti infrastruktur obyektlərinin - dəmir yollarının, magistral yolların və hava limanlarının tikintisinə sərf olunacaq. Qeyd edilib ki, Çin hökuməti bu regionda 10 əsas hava limanının inşasına başlayacaq.

Bundan başqa, maliyyə vəsaiti ekoloji təmiz enerji təchizatı layihələrinin maliyyələşdirilməsinə də yönəldiləcək.

 

0.11340689659119