Elçin Əmirbəyov “The Guardian”ın səhvlərini düzəltdi

Elçin Əmirbəyov “The Guardian”ın səhvlərini düzəltdi
 

2023-cü il dekabrın 27-də Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov Britaniyanın “The Guardian” qəzetinə müsahibə verib.

Materialın müəllifi məqalədə bəzi səhvlərə yol verib.

Lakin 2024-cü il yanvarın 6-da Elçin Əmirbəyov həmin məqaləyə düzəlişlərin edilməsini təmin edib.

Məqalədə Elçin Əmirbəyovun vəzifəsi təhrif olunaraq, “Azərbaycan Prezidenti yanında xüsusi səfir” kimi təqdim edilmişdi.

Bundan əlavə, əvvəlki versiyada deyilirdi ki, “Azərbaycan Qarabağda evlərindən qovulmuş azərbaycanlıların hüquqlarının tanınmasında israrlıdır”, amma əslində, söhbət Ermənistandakı evlərindən qovulmuş azərbaycanlılardan gedirdi.

 

0.086944818496704