ÜST rəhbəri maskalarla bağlı çağırış etdi
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bir çox ölkələrdə xəstələnmə hallarının artması səbəbindən qoruyucu maskalardan, COVID-19-a və qripə qarşı peyvənddən imtina etməməyi tövsiyə edir.
Paralel.az xəbər verir ki, bu barədə Qebreyesus “X” sosial şəbəkə hesabında yazıb.
“İnfeksiya riskini azaltmaq üçün maskalardan istifadəyə davam edin, otaqları havalandırın, sosial məsafəni qoruyun. Həmçinin sizin və yaxınlarınızın COVID-19-a və qripə qarşı peyvənd edildiyindən əmin olun”, - deyə ÜST-nin baş direktoru qeyd edib.