Mən bunu Cəfər Cabbarlının Sevili bilirdim, amma...
Muxtar Kərimzadə yazır...
Bu heykəli yəqin ki,Bakıda-Nizami metrosu yaxınlığında görəniniz olub. Mən Cəfər Cabbarlının Sevili bilirdim,amma...
Qardaşı onu bıçaqla qətlə yetirdi,atası cinayəti boynuna götürüb güllələndi- Dəfni üsyana çevrilən Səriyyə...
Səriyyə Xəlilova 1897ci ildə Bakıda doğulub.Onun 3 qardaşı olub, Soltan Əhməd,Ağamehdi və Ələkbər.Onların atası oxumuş adam olduğundan el məclislərində mollalıq edir.O hökümət məmurlarının bütün təzyiqlərinə baxmayaraq ilahiyyatdan,mollalıqdan əl çəkmir.Oğlanları isə öz məhəllələrinin sayılan,secilən cayıllarından olunurdular.
Günlərin birində Səriyyə məktəbdə komsomol təbliğatına qoşularaq nümayişkaranə tərzdə çadrasını başından atır.Sonradan idman paltarı,şalvar,köynək geyinməyə başlayır.Bacılarının naməhrəmlər qarşısında üzüaçıq görünmısi qardaşların başını məhəllə içərisində çox aşağı edir.Artıq camaat onları barmaqla göstərir, toyda da, yasda da qeybətlərini edirlər.Bu vəziyyətə dözə bilməyən qardaşı Ələkbər bədxah adamların fitnə-felinə uyaraq əlini bacı qanına bulayır.O, 1933 cü ildə 36 yaşlı bacısını bıçaqlayıb öldürür.Bəzi mənbələrə görə Səriyyənin ölümündə atasının da əli olur.
Atası isə öz sevimli oğlunun həyatını xilas etmək üçün qətli öz boynuna götürür.O ahıl yaşında dəhşətli qatil kimi cəmiyyətə təqdim olunur və zindana salınır.
Bu hadisə Bakıda böyük əks-səda doğurur.Bütün iri sənaye müəssisələrində əksəriyyəti qadınlardan ibarət olan əmək kollektivləri respublikanın rəhbər orqanlarına, hətta Moskvaya belə müraciətlər yazır, qatilin ölüm cəzasına məhkum olunmasını tələb edirlər.
Səriyyənin dəfn mərasiminə minlərlə qadın qatılır,onun öldürülməsilə bağlı dərin hiddətlərini bildirirlər.
Onun tabutu arxasınca gedən qadınlar əl ələ verərək çadralarını çıxarıb tullayırlar.Bu əsl Qadın tətili idi..
Beləliklə, qısa bir məhkəmə keçirilir.Səriyyənin atası ölüm cəzasına məhkum edilir və onu güllələyirlər.
Qardaşı Ələkbərə isə 10 il həbs cəzası verilir.
Beləliklə "Azad qadın"heykəlinin həyati prototipi əslən şamaxılı olan Səriyyə Xəlilovadır.