ABŞ Rusiya, İran və KXDR-i yeni sanksiyalarla hədələyib

ABŞ Rusiya, İran və KXDR-i yeni sanksiyalarla hədələyib
 

ABŞ Rusiya ilə İran və KXDR arasında hərbi əməkdaşlığa qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Paralel.az “Report”a istinadla xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, Rusiya ilə Şimali Koreya, eləcə də Rusiya və İran arasında silah transferi üzərində işləyənlərə sanksiya tətbiq olunacaq.

Bundan əlavə, Vaşinqton KXDR və İrandan Rusiyaya silah tədarükü ilə bağlı məlumatları dərc etməyə davam edəcəyinə söz verib.

0.017805099487305