Biznesin dəyişən tələbləri 

Biznesin dəyişən tələbləri 
 

Modern tələblər mühahfizəkar davranışları sürətlə keçmişdə qoyur. Əvvəllər bir şirkətin satınalma gücü kapitalizasiyasında və böyük infratsuktura malik olmasında idi. İndi onlardan öncə gələn istehsal amilləri və bazar tələbləri var.

Bir neçə il bundan öncə media strategiyası mütəxəssisi Tom Qudvin “TechCrunch”da nəşr etdirdiyi məqaləsində yazırdı: “Dünyanın ən böyük taksi xidməti şirkəti – “Uber” heç bir avtomobilə sahib deyil. Dünyanın ən məşhur mediasının sahibi olan “Facebook” heç bir məzmun yaratmır. “Alibaba” şirkəti, dünyanın ən dəyərli pərakəndə satıcı şirkəti olsa da, heç bir inventarı yoxdur. Eyni zamanda, dünyanın ən böyük qonaqlama təchizatçısı olan “Airbnb” hər hansı bir daşınmaz əmlakın sahibi deyildir.”

Bir şirkət üçün daha dəbdəbəli ofisə və işçi sayına malik olması önəmli deyil. Bir azdan heç önəmli olmayacaq. Lakin bazar fürsətlərini doğri qiymətləndirən biznes analitiklərinin olması vacibdir. Belə biznes analitası olanları tapın və yanınızda saxlamağı bacarın. Mühüm resurs budur.

İqtisadi Təhlil İnstitunun rəhbəri Məmməd Talıblı 

"Paralel.az"

0.040029048919678