BMT TŞ Kirmanda törədilən terrorla bağlı bəyanat yaydı

BMT TŞ Kirmanda törədilən terrorla bağlı bəyanat yaydı
 

BMT Təhlükəsizlik Şurası (TŞ) yanvarın 3-də İranın Kirman əyalətində törədilən terror aktını pisləyib.

Bu barədə təşkilatın bəyanatında deyilir.

Qeyd olunub ki, hadisənin səbəbkarları, təşkilatçıları məsuliyyətə cəlb olunmalıdır.

Təhlükəsizlik Şurası həlak olanların ailələrinə və İran hökumətinə başsağlığı verib, həmçinin yaralıların tezliklə sağalmasını arzulayıb.

Təşkilat əlavə edib ki, terrorizmin bütün forma və təzahürləri beynəlxalq sülhə və təhlükəsizliyə ciddi təhdiddir.

 

0.010725021362305