Rusiyanın hərəkəti ABŞ-ni qorxuya salıb - SƏBƏB

Rusiyanın hərəkəti ABŞ-ni qorxuya salıb - SƏBƏB
 

Rusiya artıq Şimali Koreyadan ballistik raketlər alır və hazırda İrandan daha çox almağa çalışır.

Paralel.az xəbər verir ki, bu barədə WSJ yazır.

Nəşr yazır ki, Moskva Ukraynanın hava hücumundan müdafiə sistemini yarmaq üçün resurslar tapmağa çalışır.

Rusiya İrandan qısa mənzilli ballistik raketlər almağı planlaşdırır ki, bu da Moskvanın Ukrayna infrastrukturunu vurmaq qabiliyyətini gücləndirəcək. 

Nəşr onu da bildirir ki, Ağ Ev Rusiyanın İrandan qısa mənzilli ballistik raketlərin alınması üzrə danışıqlarının fəal şəkildə irəliləməsindən narahatdır.

“Əgər alqı-satqı danışıqları davam edərsə, İran raketlərinin təhvil verilməsi, bu ilin yazında baş tuta bilər”, - nəşr qeyd edib. 

ABŞ rəsmilərinin bildirdiyinə görə, Rusiya artıq Şimali Koreyadan ballistik raket buraxılış qurğuları və onlarla ballistik raket almağa başlayıb.

Mürtəza
Ölkə.az

 

0.014105081558228