İsraildə teleaparıcı efirə tapança ilə çıxdı

İsraildə teleaparıcı efirə tapança ilə çıxdı
 

İsrailin “Kanal14” televiziyasının aparıcılarından olan Lital Şemeşin belində silahla efirə qatıldığını əks etdirən foto sosial mediada viral olub.

Sözügedən fotonun Şemeşin ifrat sağçı baxışları ilə tanınan “Kanal 14”ün studiyasında qonaqları ilə qatıldığı yayımda çəkildiyi bildirilir.

Trendə düşən Şemeşin paylaşımlarında da bu yöndə mesajlar verdiyi deyilir.

Qeyd olunub ki, o özünün X sosial media hesabında atış meydançasında çəkdirdiyi fotosunu paylaşaraq israilliləri silaha sarılmağa çağırıb. 

 

0.018224954605103