“Biz heç vaxt uzadılan dostluq əlini rədd etməmişik” - Ərdoğan

“Biz heç vaxt uzadılan dostluq əlini rədd etməmişik” - Ərdoğan
 

“Biz Türkiyə mərkəzli, lakin qlobal perspektivli xarici siyasətimizi formalaşdırmışıq və geriyə yol yoxdur”.

Paralel.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı deyib. O, Türkiyəni həm şimaldan, həm də cənubdan qanlı qarşıdurmalara sürükləməyə çalışan müharibə qızışdırıcılarına əhəmiyyət vermədiklərini əlavə edib:

“Əksini iddiaedən üçüncü tərəflərin müdaxiləsinə baxmayaraq, biz "qazan-qazan" yanaşması vasitəsilə qonşularımızla əlaqələrimizi gücləndirməyə çalışdıq”, - Ərdoğan qeyd edib.

Türkiyə prezidenti bölgədəki bəzi ölkələrlə yaranan fikir ayrılıqlarını aradan qaldırdıqlarını və əməkdaşlığı lazım olan səviyyəyə qaytardıqlarını bildrib:

“Avropa və ABŞ ilə qarşılıqlı hörmətə əsaslanaraq Türk dünyası ilə əlaqələrimizdə tarixi zirvələrə çatmaqla yanaşı, əməkdaşlığın inkişafı istiqamətində də çalışdıq”.

Ərdoğan onu qeyd bildirib ki, Türkiyənin Afrika və Latın Amerikası ölkələri ilə əlaqələri artıq irəliləyib və yeni mərhələyə qədəm qoyub: “Biz heç vaxt ölkəmizə uzadılan dostluq əlini rədd etməmişik.
Türkiyə yeni dostlar qazanmağa davam edəcək".

 

0.021362066268921