Argentina millisinin üzvü “Mançester Siti” ilə altı illik müqavilə bağlayacaq

Argentina millisinin üzvü “Mançester Siti” ilə altı illik müqavilə bağlayacaq
 

Argentinanın U-17 yığmasının üzvü Klaudio Eçeverri İngiltərənin “Mançester Siti” klubu ilə altı illik müqavilə bağlayacaq.

Bu barədə insayder Fabritsio Romano paylaşım edib.

Onun sözlərinə görə, 17 yaşlı yarımmüdafiəçinin transferi ilə bağlı oyunçunun klubu olan Argentina təmsilçisi “River Pleyt”lə razılıq əldə edilib.

Eçeverri bu ilin sonuna qədər “River Pleyt”də qalacaq və 2025-ci ilin yanvarında “şəhərlilər”ə qoşulacaq. Transferin ingilislərə 25 milyon avroya başa gələcəyi bildirilir.

Qeyd edək ki, Klaudio Eçeverri 2023-cü ildə Argentina çempionatında beş oyun keçirib, bir məhsuldar ötürmə verib. 

 

0.013925075531006