Şimali Koreya və Çin 2024-cü ili “dostluq ili” elan etdilər

Şimali Koreya və Çin 2024-cü ili “dostluq ili” elan etdilər
 

Şimali Koreya lideri Kim Çen In və Çinin sədri Si Cinpin yeni il üçün təbrik teleqramları mübadiləsi edərək, 2024-cü ili “Koreya-Çin dostluğu ili” elan ediblər.

Məlumata görə, 2024-cü ildə tərəflər diplomatik münasibətlərin qurulmasının 75 illiyini qeyd edəcəklər.

Kim Çen In “sosializm uğrunda mübarizədə bərqərar olmuş və möhkəmlənmiş Koreya-Çin dostluğunun sarsılmazlığının yeni ildə tam şəkildə nümayiş olunacağına əminliyini” ifadə edib.

Si Cinpin isə öz növbəsində vurğulayıb ki, “son illərdə hər iki tərəfin birgə səyləri sayəsində ənənəvi Çin-Koreya dostluq və əməkdaşlıq münasibətləri yeni tarixi dövrə qədəm qoyub”.

Liderlər KXDR və ÇXR-ə firavanlıq, hər iki ölkənin sakinlərinə xoşbəxtlik arzulayıblar.

 

0.015120029449463