“Satıcı hansı məntiqlə öz məhsulunu ikiqat aşağı qiymətə verir?!” - 7 manata ət?

“Satıcı hansı məntiqlə öz məhsulunu ikiqat aşağı qiymətə verir?!” - 7 manata ət?
 
Bayrama sayılı günlər qalıb. Böyük marketlərin əksəriyyətində bir çox məhsula endirimlər təklif olunur. Bazarlarda da canlanma müşahidə olunur. “TV Musavat” bayram ərəfəsində "8-ci kilometr bazarı"ndan reportaj hazırlayıb. Məlum olub ki, ətin qiymətinin pik həddə çatdığı cari ildə bazarda kiloqramı 8-9 manata satılan ətlər var. Digər yerlərdə 14-15 manata satılan ətin qiymətində iki dəfəyə yaxın fərqin səbəbi nədir? 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, “8-ci kilometr” bazarında mənşəyi bilinməyən ət, kolbasa və sosiska növlərinin satılması ilə bağlı Birliyə daim şikayətlər daxil olur: 

“3 dənəsi 10 manata toyuq, kilosu 4 manata kolbasa, 7 manata ət satılır. Qeyd edim ki, ölkədə heç bir heyvan ətinin satışına qadağa yoxdur. Vaxtaşırı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsi regionlarda at, eşşək, murdar heyvan ətlərinin Bakıya daşınmasını ifşa edir, bu işlə məşğul olan şəxsləri həbs edir. “8-ci kilometr” bazarındakı ucuz ətlər yaşlanmış heyvanların əti ola bilər, əslində onlar kolbasa, sosiska istehsal edən müəssisələrə verilməlidir. Əgər satıcı bilirsə ki, digər yerdə ətin kilosu 15 manatdır, hansı məntiqlə öz məhsulunu ikiqat aşağı qiymətə verir?! Ya burada qarışıq, mənşəyi naməlum ətlər satılır, ya da yaşlı heyvan əti. 
AQTA deyir ki, hər şeyə nəzarət təmin edilir, lakin bu cür qiymət fərqi insanları həmişə şübhələndirir. Qurum məsələni dərindən araşdırmalıdır. Etiketi olmayan kolbasalar satılır, təssüf ki, kolbasa bazarı da çirklənib. Bazarlarda anti-sanitar vəziyyət ortadan qaldırılmalı, ictimai nəzarət olmalıdır. Şübhəli vəziyyətlə rastlaşan şəxslərin AQTA-nın “Qaynar Xətt”i ilə əlaqə saxlamasını tövsiyə edirəm”.
Törə Zeynallı 
 
0.064520835876465