Bu ölkədə üç mindən çox insan tıxacda qaldı - VİDEO

Bu ölkədə üç mindən çox insan tıxacda qaldı - VİDEO
 

Qazaxıstanın Karaqanda vilayətində güclü çovğun səbəbindən yollarda böyük tıxac yaranıb.

Dekabrın 31-i səhər saatlarına olan məlumata görə, əlverişsiz hava şəraiti nəticəsində rayonun magistral yollarında içərisində 129-u uşaq olmaqla 3459 nəfərin olduğu 1359-dan çox avtomobil dayanıb.

Onların əksəriyyəti Almatı-Ekaterinburq magistral hissəsindədir. Burada 1150 avtomobil ilişib qalıb.

Son iki gündə polis əməkdaşları 17 min avtomobili ən yaxın yaşayış məntəqələrinə təxliyə ediblər. Tıxacda qalan insanlar müvəqqəti yaşayış yeri və isti yeməklə təmin olunublar.
Dekabrın 31-i səhər saatlarına olan məlumata görə, xilasetmə işləri davam etdirilir. Rayon sakinlərinə və qonaqlara hava şəraiti yaxşılaşana qədər uzun səfərlərdən çəkinmələri, yaşayış məntəqələrində qalmaları tövsiyə olunub.(oxu.az)

 

0.01331901550293