Şəhərlərə hücum etməyin! - BMT-dən ÇAĞIRIŞ

Şəhərlərə hücum etməyin! - BMT-dən ÇAĞIRIŞ
 

BMT baş katibinin köməkçisi Xalid Hiari Təhlükəsizlik Şurasının Belqorodla bağlı keçirilən iclasında münaqişə tərəflərini insanların məskunlaşdığı ərazilərə, mülki obyektlərə və mülki şəxslərə hücum etməməyə çağırıb.

O, “Biz həm Ukraynada, həm də Rusiyada şəhər, qəsəbə və kəndlərə edilən bütün hücumları birmənalı şəkildə pisləyirik”, - deyə bildirib.

Hiari əlavə edib ki, mülki şəxslərə və infrastruktura hücumlar beynəlxalq humanitar hüququ pozur: “Bunlar qəbuledilməzdir və dərhal dayandırılmalıdır”.

 

0.015002012252808