Məşhur şəxsin hamamda çəkdirdiyi şəkil ŞOKA SALDI - Qadınların belə ona gözü düşürdü

Məşhur şəxsin hamamda çəkdirdiyi şəkil ŞOKA SALDI - Qadınların belə ona gözü düşürdü
 

Paralel.az Referans.az-a istinadən xəbər verir ki, filmdə Flora Kərimovanı “Balış” obrazına – yəni epizodik rola dəvət edərək ardınca Züleyxa roluna çəkiblər.

Flora xanımın həyat yoldaşı o zaman Yaponiyada olduğundan o çəkilişə bir şərtlə icazə verir: “Mənimlə bağlı bütün səhnələr Bakıda çəkilsin,rayonlara gedə bilməyəcəm”. Mehmanla Züleyxanın zarafatlaşan zaman otaq şüşəsinin qəfildən sınması və Qaloşun qırıq şüşədən onları izləməsi səhnəsi kinostudiyanın pavilyonunda ekranlaşdırılıb.

Bu səhnədə Flora Kərimova filmdə oynadığını bilsə də, Qaloş rolunu oynayan Rza Təhmasibin bağışlarından şoka düşür. Bir neçə gün qorxunun təsirindən çıxa bilməyib. Filmdə Mehman rolunu oynayan Bimbolat Vatayevlə Balış obrazında çəkilən Janna Smelyanskaya real həyatda sevgili olublar.

Ətraflı Hamam səhnəsi İçərişəhərdəki hamamda lentə alınıb. O səhənin çəkilişində geyiminə görə çəkindiyindən Flora Kərimova üstünə atdığı örtüyün altından 2-3 dənə çimərlik paltarı geyinib.

Züleyxanın saat ətrafında gecə paltarında qaçdığı səhnəyə dublyor çəkilib. “Gecə paltarında çəkilməkdən utanırdım. Baxmayaraq ki, anam mənə istədiyim kimi, hətta dekolitə geyinməyə də icazə verirdi. Mən kəskin şəkildə “tamaşaçılar nə düşünər” düşüncəsiylə həmin səhnəyə çəkilməkdən imtina etdim. Amma o vaxt anlamadım ki, onsuz da ora kimin çəkilməsindən asılı olmayaraq mən olduğumu düşünəcəklər".

0.018708944320679