Afrikanın ən varlı adamı son bir ildə 3,6 milyard dollar itirib

Afrikanın ən varlı adamı son bir ildə 3,6 milyard dollar itirib
 

Afrikanın ən varlı adamı, Nigeriyanın ən böyük sənaye şirkətinin sahibi Aliko Danqote son bir ildə 3,6 milyard dollar itirib.

Bu barədə “Report” “La Nouvelle Tribune” portalına istinadən xəbər verir.

Belə ki, onun sərvəti 18,7 milyard dollardan 15,1 milyard dollara düşüb.

Danqotenin maliyyə problemləri əsasən Nigeriya Mərkəzi Bankının iyunun 14-də bir neçə məzənnə əvəzinə milli valyutanın - nairanın vahid üzən məzənnəsini tətbiq etdiyi qərarı ilə bağlıdır. Bu, nairanın 50%-dən çox dəyər itirməsinə səbəb olub.

Nəticədə oliqarxın əsasən Nigeriyada yerləşən aktivləri ucuzlaşıb.

Buna baxmayaraq, əvvəllər qitənin aparıcı sement istehsalçısı kimi tanınan Danqote, Nigeriyada, gündə 650 min barel neft emal etmək üçün nəzərdə tutulmuş və 20 milyard dollara başa gələn ən güclü neft emalı zavodunu müvəffəqiyyətlə inşa edib.

Onun istifadəyə verilməsinin ölkənin enerji sektorunda inqilab olacağı güman edilir. Zavodun planlaşdırılan dövriyyəsi ildə 27 milyard dollar təşkil edəcək.

0.018923044204712