ABŞ və İsrailin müdafiə nazirləri Qəzzadakı vəziyyəti müzakirə ediblər

ABŞ və İsrailin müdafiə nazirləri Qəzzadakı vəziyyəti müzakirə ediblər
 

ABŞ-nin müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalant ilə telefon danışığı zamanı Qəzza zolağında vəziyyətin sabitləşdirilməsinə yönəlmiş tədbirlərə hazırlığı müzakirə ediblər.

Paralel.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.
Qeyd edilib ki, nazir Ostin ABŞ-nin İsrailin təhlükəsizliyinə HƏMAS tərəfindən bir daha təhdid etməməsini təmin etmək əzmində olduğunu bir daha təsdiqləyib, həmçinin Qəzzadakı mülki əhalinin qorunmasının və humanitar yardımın çatdırılmasının sürətləndirilməsinin vacibliyini vurğulayıb.

0.19643783569336