2023-cü ilin yaxşı gənc futbolçusu bəlli olub

2023-cü ilin yaxşı gənc futbolçusu bəlli olub
 

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2023-cü ilin ən yaxşı gənc oyunçusunu açıqlayıb.

“Report” IFFHS-nin rəsmi saytına istinadən xəbər verir ki, bu ada mövsümün əvvəlindən Almaniyanın "Borussiya" (Dortmund) klubundan İspaniya "Real"ına keçən Cud Bellinqem layiq görülüb.

20 yaşlı yarımmüdafiəçi 276 xalla bütün rəqiblərini qabaqlayıb. Almaniyanın "Bavariya" klubundan Camal Musiala (120) ikinci, İspaniya "Barselona"sından Qavi (82) üçüncü olub.

 

0.023742914199829