ABŞ ordusu Hizbullah qruplaşmasının İraqdakı obyektlərinə zərbələr endirib

ABŞ ordusu Hizbullah qruplaşmasının İraqdakı obyektlərinə zərbələr endirib
 

ABŞ ordusu Hizbullah qruplaşmasının İraqdakı hərbi bazalarına zərbələr endirib.

Bu barədə Ağ evin Milli Təhlükəsizlik İdarəsinin sözçüsü Adrienne Vatson deyib.
O bildirib ki, bu, ABŞ-ın İraqdakı hərbi bazasının atəşə tutulmasına cavabdır.
Qeyd olunub ki, sözügedən hücum barədə dərhal ABŞ Prezidenti Cozef Baydenə məlumat verilib. Dövlət başçısı isə cavab tədbirlərinin görülməsini tapşırıb.
Bildirilib ki, ABŞ bazalarına hücum davam edərsə, adekvat cavablar təkrarlanacaq.
Xatırladaq ki, daha əvvəl İraqın Ərbil Beynəlxalq Hava Limanı ərazisində yerləşən ABŞ hərbi bazasına pilotsuz uçuş aparatı (PUA) ilə hücum olub. Nəticədə bir neçə nəfər yaralanıb.(Paralel.az)

 

0.016650915145874