Yeni ili qeyri-adi ənənələrlə qeyd edən ölkələr - SİYAHI

Yeni ili qeyri-adi ənənələrlə qeyd edən ölkələr - SİYAHI
 

Bəzi ölkələr istisna olmaqla Yeni il dünyanın bütün ölkələrində ən yüksək səviyyədə qeyd olunmaqdadır. Bir çox ölkələrdə isə bu bayram özünəxas formada qeyd edilir.

Hansısa ölkədə tanınmışların, siyasilərin müqəvvası yandırılır, başqa bir ölkədə insanlar evdəki əşyalarını çölə atır, digərində öpüşmək üçün işıqlar söndürülür, çimərlikdə yay paltarında "Şaxta baba" qarşılanır və sair. Bunlar bir çoxlarına gülməli və qəribə gəlir.

İndi isə Yeni ili dünyanın müxtəlif yerlərində qəribə və gülməli şəkildə qeyd edən ölkələri təqdim edirik:

İtaliya

İtalyanlar Yeni ili daha çox qırmızı rəngdə paltar geyinməklə keçirirlər. İtalyanlar qırmızı rəngin onlara uğurlar vəd etdiyinə inanırlar. 

Bolqarıstan

Bolqarlar isə qaranlıqda öpüşməyi sevir. Burada maraqlı bir ənənə var. Yeni ildə çalınan  zənglərdən dərhal sonra otaqda işıqlar söndürülür ki, insanlar qaranlıqda istədiyi insanla öpüşə bilsinlər. Bu zaman xoşunuza gələn hər kəsi öpə bilərsiniz və öpüş gizli qalmalıdır.

Almaniya

Yeni il saatın ilk vuruşunda stulların, stolların və kresloların üstünə qalxırlar, son vuruşda isə sevincli qışqırıqlarla yerə tullanırlar.

Şotlandiya

Şotlandiya bütün problemlər keçmişdə qalsın deyə, bütün pis şeyləri yandırırlar. Şotlandlar Yeni  il ərəfəsində küçələrə köhnə viski və şərab çəlləkləri çıxarıb yandırırlar. Yanan çəlləklər küçənin  hündür hissəsindən aşağı buraxılır. Bununla köhnə ilin bütün problemləri yanır və geridə qalır. 

Yaponiya

Yaponlar isə evdən dırmıq asırlar. Hesab edirlər ki, divardan asılan dırmıq onlara uğur gətirəcək. Onlar eyni zamanda Yeni ili 12 yox, 108 zənglə qeyd edirlər.

İsveçrə

İsveçlilər 13 metr uzunluğunda olan Evleyan saman keçisini ritual olaraq yandırırlar. Keçi müqəvvası baş meydanında qoyulur və Yeni il ərəfəsində təntənəli şəkildə yandırılır. Bu, hər şeyin pislə vidalaşmasını simvollaşdırır. Ümumiyyətlə, avropalılar Yeni ili qeyd edərkən daha çox nəyisə yandırırlar.

Peru

Yeni ildə səyahətə çıxmaq və ilin uğurlu olması üçün hamı çamadanla küçələrdə qaçışır. Adətə görə, bunu yeni ildən 5 dəqiqə əvvəl başlamalı və saat 00:00-da evdə olmalıdırlar.
Bundan əlavə olaraq pis şeylərdən qurtulmaq üçün hamı küçəyə çıxıb zövqlə bir-birini döyür. 

Argentina

Argentinalılar ötüb-keçənlərlə özünəməxsus tərzdə vidalaşırlar. İlin sonuncu günündə lazımsız sənədləri, vərəqələri, köhnə təqvimləri pəncərədən atıb atırlar. 

Panama

Burada siyasətçilərin, məşhur simaların müqəvvasını yandırmaq adətdir.  

Mikroneziya

Burada növbəti ildə rahat, xoşbəxt və problemsiz yaşamaq üçün insanlar sadəcə olaraq adlarını dəyişirlər. Hesab edirlər ki, pis ruhlar artıq onları tapa bilməyəcək və pislik göndərə bilməyəcəklər. Sadəcə olaraq yanvarın 1-də ağızlarını ovucları ilə bağlayaraq qohumlarının qulağına yeni adlarını pıçıldayırlar.

Estoniya

Estoniyada yeni ili saunada qarşılamaq dəb halını alıb. Buradakı bayramın ən əziz qonağı "Şaxta baba" yox, his-pas içində olan boru təmizləyən olur. Estonlara görə, Yeni il günü 7 dəfə yemək yeyənlər yeni ili bolluq içində keçirirlər. Boşqabdakı yeməyin hamısını bitirmək isə məcburi deyil, hətta boşqabda yemək saxlamağın əcdadlarının ruhları üçün yaxşı olduğuna inanırlar.

Yunanıstan

Burada Yeni il axşamı milyonlarla narı yerə çırpırlar. Bu qeyri-adi ənənəni ailə başçısı həyata keçirir. O, narı yerə çırpdıqdan sonra, narın dənələri ətrafa səpələnirsə, deməli, həmin il bu ailə üçün çox bərəkətli və xoşbəxt il olacaq. 

Danimarka

Burada Yeni il axşamı saatı 12-ni göstərəndə, insanlar öz oturduqları stullarla birlikdə tullanmağa başlayırlar. Burada həm də, Yeni il axşamı yaxın adamların qapısına qablar çırpıb sındırmaq ənənəsi də var. 

Avstraliya

Bu ölkədə Yeni ildə Santa Klaus qırmızı şortikdə qonaq gəlir. Bu ona görədir ki, bayram yayın orta vaxtına düşür. Ona görə də əhali Yeni ili çimərliklərdə qeyd edir. Axşamlar isə sahildə tonqallar qalayırlar. Saat 12-ni göstərdikdən sonra çimərlikdəkilər bir tonqaldan digər tonqala qonaq gedirlər.

Kuba

Burada Yeni il axşamı 11 dəfə zəng vurulur. Bundan sonra insanlar bütün pəncərələrdən su tökürlər. Bununla da öz həyatlarını təmizlədiklərinə inanırlar.

Çili

Ən qorxulu Yeni il isə Çilidə keçirilir. Daha dəqiq desək, Talka şəhərində. İnsanlar burada Yeni ili məzarlıqda keçirirlər.

Braziliya

Yeni il ərəfəsində hava isti və günəşli olduğu üçün burada bayram çimərlik paltarında və dənizdə qeyd olunur. Ənənələrdən birinə görə, kiçik taxta qayıqlarda yerli ilahəyə çiçəklər və şamlar şəklində hədiyyələr təqdim etmək adətdir. 

İspaniya

Saatın zəngi səslənən zaman 12 üzüm yeyirlər və hər bir giləmeyvə hər yeni zərbə ilə qəbul edilir. 12 üzüm yeni ilin hər ayında uğurlu olacağını simvolizə edir.

Yeni Zelandiya

Bu ölkədə yeni il daxil olan kimi, hər kəs küçələrə çıxır və əllərindəki qazan və tavalarla mümkün qədər güclü səs salmağa çalışırlar.

Cənubi Afrika

Burada köhnə elektronika avadanlıqları pəncərədən çölə atılır.

 

 

0.022326946258545