“Bakının dərdi var, Bakı xəstədir...” - Məmməd Talıblı 

“Bakının dərdi var, Bakı xəstədir...” - Məmməd Talıblı 
 

Normal ölkədə keçmiş zamanda istifadə olunan problemlər zaman-zaman həllini tapır. Anormal ölkələrdə həmin problemlər ağırlaşır, mürəkkəbləşir və yeni-yeni problemlər doğrur. İkinci fikri Bakımız haqqında çox asanlıqla da demək olar.
Əvvəlki illərdə tıxaclar müəyyən saatları əhatə edirdi. Və biz həmin saatlara “pik saatlar” deyirdik. İndi artıq həmin saat intervalı və zaman kəsiyi anlayışı aradan qalxıb. Şəhərimizin az qala bütün sutkasını artıq pik saatlar saymaq olar.
Konkret olaraq son bir ilin müşahidəmi bölüşəcəm. Bir il bundan Xırdalan “20 yanvar” magistal yolundan səhər saatlarından istifadə edirdim. Tıxacların pik saatları var idi. Tıxaca düşməyim deyə sonra alternativ yol olan Binəqədi-Azadlıq prospekti yolundan istifadə etdim. Nisbətən zəif tıxac olurdu.
Sentyabrdan başlayarq yenə Xırdalan-20 yanvar yolundan istifadə etməyə başladım. “Kara baxanda korun vəziyyəti yaxşıdır” deyiminə uyğun olaraq Xərdalan-20 yanvar yoluna qayıtdım. Səbəb çox sadə idi. Binəqədi-Azadlıq prospekti də yüklənmişdi.
Daşınmaz əmlak işçiləri ilə apardığım söhbətlərdən belə başa düşdüm ki, Binəqədiyə son 1 ildə Rusiyadan və şəhərin digər yerlərindən kütləvi axın yaranıb. Məndə məcbur qalıb yenə Xırdalan-20 yanvar yoluna keçid etdim.
Nəzərdə tutduğum təyinat nöqtəsinə vaxtında çatmağım üçün bir çarəm qaldı. Saat 8:30-da çatmalı olduğum yerə səhər saat 6-də çıxmalı oluram. 30 dəqiqəlik yolu 90 dəqiqəyə getmək əzabından qurtulmaq üçün 1 saat da səhər saatlarını şəhərimizin səhər xidmətini həyata keçirənləri müşahidə etməklə keçirirəm.
Dənizkənarı bulvarda səhər gəzintisinə çıxıram və s. Səhər saatlarında tək-tənha dolaşdığım saatlarda beynimdə yaranmış suallara cavab tapmağa çalışdım. Həmin sualları düşündüm ki, sizlərlə bölüşüm...
Dövlət büdcəsindən 10 milyard manatla təmir-tikinti və infrastruktur (körpü, tunel, ötücülük qovşaqları və s.) layihələrinə vəsait xərclənib. 2006-cı ildən başlayaraq 2020-ci ilə qədər dövlət büdcə xərclərinin ortalama olaraq hər 100 manatının 30-36 manatı məhz bu məqsədlər üçün sərf edilib.
Bu qədər ictimai vəsaitlərin geninə-boluna xərcləyən hökumət adicə sosial tənzimlənmə problemini həll edə bilməyibsə, bundan sonra daha işğaldan azad olunmuş bölgələrin böyük maliyyə aclığı fonunda paytaxtın tıxac problemi necə həll edəcək sualı mənə xeyli pessimist görünür. Bu məsələdə optimist olanlara özünü aldatmağın ən universal düsturunu təklif edirəm.
Dörd Dövlət proqramının (Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı) icra olunub qurtardığı (2004-2023) proqram regionlarda paytaxta axını durdura bilməyibsə, bundan sonra olmayacaq proqram və ya məhdud dövlət resursları ilə bu demoqrafik balans necə təmin olunacaq, bu məsələdə də optimist olmaq yerində görünmür.
Rasional düşüncə, məntiqi mühakimə itəndə adi insan hər şeyə inanır. Əksi olanda ali insan adi şeylərə də inanmır.
Mən özümü avam yerinə qoya bilmirəm, bağışlayın...

"Paralel.az"

0.014961957931519