“Hər oyunumuzdan sonra bunu arzulayırdım” - Tahir Gözəl 

“Hər oyunumuzdan sonra bunu arzulayırdım” - Tahir Gözəl 
 

“Hər oyunumuzdan sonra arzulayırdım ki, Qarabağ qayıtsın, burada oynayaq”.

Bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl jurnalistlərə açıqlamasında bildirib.

“Buna inanırdıq. 21 ildir klubun rəhbərliyindəyik və 21 il sonra bura qayıtdıq. Möhtəşəm oyun oldu. Çox sevinirəm ki, komandam qələbə qazandı.

MOİK də möhtəşəm oynadı. Əsgərlərin ruhu var idi onlarda. Əgər qələbə qazansaydılar, üzülməyəcəkdim”.

 

0.016471147537231