“Necə edək ki, bu problem həll olunsun” – Deputatlar

“Necə edək ki, bu problem həll olunsun” – Deputatlar
 

Bugünkü dövrümüzdə tullantılar ciddi problemdir və bu da ətraf mühitə, ekologiyaya ciddi mənfi təsirlər göstərir.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentdə "Tibbi tullantıların idarə olunması: mövcud vəziyyət, problemlər və onların həlli yolları" mövzusunda keçirilən ictimai dinləmə zamanı deyib.

Komitə sədri deyib ki, bu tullantılar arasında tibbi tullantılar da xüsusi yer tutur: “Xəstə ilə təmasda olan bütün əşyalar tibbi tullantı hesab olunur. Bunlar təkcə tullantı cəhətdən deyil, eyni zamanda epidemioloji cəhətdən də böyük təhlükə təşkil edir. Bir çox hallarda cüzi miqdarda tibbi tullantı ciddi problemlərə, xüsusən də epidemioloji, virus və digər infeksion xəstəliklərin yaranmasına şərait yaradır”, - komitə sədri deyib.

O əlavə edib ki, Azərbaycanda da bu sahədə ciddi problemlər var: “Həm tullantıların toplanmasında, çeşidlənməsində, nəqlində, utiliziyasında problemlər var. Toplaşmağımızın da məqsədi odur ki necə edək problem həllini tapsın.

Son illər bu sahədə işlər görülüb. Amma yenə də problemlər var. Bakının özündə bu özünü o qədər büruzə verməsə də, bölgələrdə qabarıq formada özünü göstərir. Bu problemlərin həllinə ciddi diqqət yetirməliyik”.

Mürtəza
Ölkə.az

 

0.016197919845581