Xankəndiyə yollanacaq “Qarabağ” azarkeşlərinin sayı bilindi

Xankəndiyə yollanacaq “Qarabağ” azarkeşlərinin sayı bilindi
 

Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində Xankəndi şəhər stadionunda baş tutacaq “Qarabağ” - MOİK oyununu izləyəcək Ağdam klubunun azarkeşlərinin sayı məlum olub.

Sabah keçiriləcək qarşılaşmada sevimli komandalarını dəstəkləmək üçün Ağdam təmsilçisinin 700-dən çox fanatı Xankəndiyə yollanacaq.

Qeyd edək ki, matç saat 14:00-da başlayacaq. Bu, işğaldan azad olunduqdan sonra Xankəndidə keçiriləcək ilk futbol qarşılaşması olacaq.

 

0.020092010498047