Rayonlarda kredit faizləri 2 dəfə bahadır, baxmaq lazımdır...

Rayonlarda kredit faizləri 2 dəfə bahadır, baxmaq lazımdır...
 

Regionlarda kreditlər Bakıya nisbətən 2 dəfə bahadır.

Bakıda kreditlər üzrə orta faiz dərəcəsi 11.05 faiz olduğu halda, Dağlıq Şirvanda 19.67, Qarabağda 19.32, Mil-Muğan iqtisadi rayonunda 19.13, Lənkəran-Astara iqtisadi rayonunda 19.1, Şirvan-Salyan iqtisadi rayonunda 18.75, Mərkəzi Aranda 18.59, Qazax-Tovuz iqtisadi rayonunda 18.42 faizdir.

Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi isə 12.56 faizdir.

İqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, rayonlarda faiz dərəcəsinin yüksək olması vətəndaşların kreditlərə əlçatanlığını azaldır. 

Görəsən, Mərkəzi Bank bu çatışmazlığı aradan qaldırmaq barədə nə düşünür?..

 

0.064934968948364