"Qazprom" Çinə rekord həcmdə qaz tədarük edib

 

Dekabrın 16-da Rusiyanın “Qazprom” enerji konserni “Sibirin gücü” qaz kəməri ilə Çinə rekord həcmdə qaz tədarük edib.

Bu xəbəri şirkətin mətbuat xidməti teleqram kanalında yayıb.

Məlumata görə, tədarükün gündəlik həcmi Çinin CNPC şirkəti ilə razılaşdırılmış müqavilə öhdəliklərini üstələyib.

"Qazprom" Çin tərəfinin tələbini tam yerinə yetirib və bununla da ÇXR-ə gündəlik qaz tədarükü üzrə yeni tarixi rekorda imza atılıb.

Hazırda “Qazprom” Rusiya qazını Çinə 30 illik müqavilə əsasında ildə 38 milyard kubmetr həcmində tədarük edir. İxrac 2019-cu ilin dekabrında başlayıb.

Həcmləri artırmaq qərarı Çin istehlakçılarının artan tələbini ödəmək üçün qəbul edilib.

 

0.017437934875488