İsrail ordusunun itkiləri açıqlanıb

İsrail ordusunun itkiləri açıqlanıb
 

Fələstin-İsrail münaqişəsinin yeni eskalasiyası başlayandan bəri ölən İsrail hərbçilərinin ümumi sayı 450-ni ötüb.

"The Times of Israel" qəzeti bu xəbəri İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən məlumat verib.

Belə ki, son 24 saat ərzində iki israilli hərbçi - çavuş Cozef Avner Doran və çavuş mayor Şalev Zaltsman həlak olub. İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan bəri HƏMAS-a qarşı döyüşlərdə həlak olan əsgərlərin sayı 121-ə çatıb.

Eyni zamanda, Fələstin-İsrail münaqişəsinin yeni kəskinləşməsinin başlanmasından bəri həlak olan İsrail hərbçilərinin ümumi sayı artıq 450-ni keçib.

 

0.025074005126953