AB Ukraynaya 1 milyon mərmi verəməyəcək - Sandbu

AB Ukraynaya 1 milyon mərmi verəməyəcək - Sandbu
 

Avropa Birliyi Kiyevi 2024-cü ilin martına qədər 1 milyon mərmi ilə təmin edə bilməz, çünki blokun istehsal gücü əhəmiyyətli dərəcədə məhduddur.

Bunu “Faynenşl Tayms” qəzetinin şərhçisi Martin Sandbu yazıb.

“Avropanın Ukraynaya 1 milyon artilleriya mərmisi tədarük etmək vədini yerinə yetirməməsi onun məhdud fiziki istehsal imkanlarından qaynaqlanır. Amma əvvəllər maliyyə ayrılsaydı, daha çox ola bilərdi”, - Sandbu bildirib.

Qeyd edək ki, bir müddət öncə Avropa Birliyi üzv ölkələrə 2024-cü ilin martına qədər Kiyevə 1 milyon mərmi vermək vədini yerinə yetirmək ehtimalının az olduğunu bildirmişdi.

 

0.014734983444214