"Qarabağ"dan 40 dəfə çox pulları var - Potensial rəqiblərinin dəyəri

 

"Qarabağ”ın Avropa Liqasının (AL) pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, buna Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin son matçlarının ardından aydınlıq gəlib.

Qitənin ən nüfuzlu klub turnirində qrup üçüncüləri olan komandalar mübarizəni AL-də davam etdirəcəkr. Onlar bu turnirin qrup ikinciləri ilə pley-offda qarşılaşacaqlar.

H qrupunu 2-ci yerdə bitirən "Qarabağ” ÇL-in qrupunu üçüncü başa vuranlardan biri ilə üz-üzə gələcək.

Potensial rəqiblər sırasında Türkiyə çempionu "Qalatasaray” da var. Qurban Qurbanovun çalışdırdığı kollektivi İtaliya nəhəngi "Milan”la da qarşılaşa bilər.

"Qarabağ”ın pley-offdakı rəqibi dekabrın 18-də təşkil olunacaq püşkatmada bilinəcək. Bu mərhələnin oyunları 2024-cü il fevralın 15-də və 22-də keçiriləcək.

"Qarabağ”ın potensial rəqibləri:
"Qalatasaray” (Türkiyə)
"Lans” (Fransa)
"Braqa” (Portuqaliya)
"Benfika” (Portuqaliya)
"Feyenoord” (Niderland)
"Milan” (İtaliya)
"Yanq Boyz” (İsveçrə)
"Şaxtyor” (Donetsk, Ukrayna)

Budəfəki mümkün rəqiblər klub dəyəri müqayisəsində "köhlən atlar"dan dəfələrlə bahalıdır. "Transfermarkt" portalına görə, rəqiblər arasında ən seçilən klub 543.25 milyon avro ilə İtaliya "Milan"ıdır.

"Qarabağ"ın dəyəri isə 13.70 milyon avrodur. Arada nə az, nə çox, düz 40 dəfəyə qədər fərq var.

"Qarabağ”ın potensial rəqiblərinin dəyəri:
"Qalatasaray" - 236.58 milyon avro
"Lans" - 212.55 milyon avro
"Braqa" - 126.20 milyon avro
"Benfika” - 359,63 milyon avro
"Feyenoord” - 265.65 milyon avro
"Milan” - 543.25 milyon avro
"Yanq Boyz” (İsveçrə) - 58.30 milyon avro
"Şaxtyor” (Donetsk, Ukrayna) - 113.00 milyon avro

 

0.015404939651489