Gürcüstan DTX-si bu planı təsdiqlədi: Nüvə zərbəsinə hazırlıq başladı

Gürcüstan DTX-si bu planı təsdiqlədi: Nüvə zərbəsinə hazırlıq başladı
 

Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti kimyəvi, bioloji, radiasiya və ya nüvə təhlükəsi zamanı 2024-2026-cı illər üçün milli planı təsdiqləyib.

Bu barədə RİA Novosti idarənin bəyanatına istinadən məlumat yayıb.

“Şura üzvləri kimyəvi, bioloji, radiasiya və nüvə təhlükələrinin azaldılması üzrə milli strategiya və müvafiq tədbirlər planı çərçivəsində 2023-cü ildə görülmüş işlər və əldə edilmiş nəticələrlə bağlı məruzələrini təqdim ediblər. Təhlükələrin Azaldılması üzrə 2024-2026-cı illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib”, - məlumatda deyilir.

Son idarələrarası iclasda Koordinasiya Şurasının sədri Aleksi Batiaşvili şuraya üzv departamentlərin daimi əlaqələndirilməsinin və cəlb edilməsinin xüsusi əhəmiyyətini vurğulamış, həmçinin Gürcüstanın bu istiqamətdə göstərdiyi səylərə və beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlığa diqqət çəkmişdir.
“Dünyada terror və ya qeyri-qanuni məqsədlər üçün kütləvi qırğın silahları və əlaqəli texnologiyalardan istifadə risklərinin əhəmiyyətli dərəcədə artdığı bir şəraitdə Gürcüstanın təhlükəsizlik sahələrində sıx milli koordinasiyaya malik olması və birgə yanaşmalarla işləməsi çox vacibdir”, - Batiaşvili bildirib.

Oktyabrın sonunda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbəri Qriqol Liluaşvili bildirib ki, Gürcüstan hakimiyyəti regionda nüvə silahının mümkün istifadəsinə hazırlıq üçün tədbirlər görür və plan hazırlayır.

 

0.010843992233276