Sərnişin "batmış" biletini qaytarmaq üçün nə etməlidir? - AÇIQLAMA

Sərnişin
 

Xəbər verdiyimi kimi, bu gün saat 7:50-də Sumqayıtdan Bakıya hərəkət edən sürətli sərnişin qatarında bir neçə dəqiqəlik gecikmə qeydə alınıb.

“Azərbaycan Dəmir Yolları” QSC buna səbəb kimi Pirşağı dəmiryol stansiyasının yaxınlığında işarəvermə və rabitə xidmətində nasazlığın yaranmasını göstərib.

Sözügedən gecikmə sərnişinlərin də işinin ləngiməsinə səbəb olub.

Belə ki, sözügedən qatarın sərnişinlərindən biri gecikməyə görə, Ağstafaya gedən qatara çata bilmədiyini söyləyib:

“Mən Xırdalan-Bakı qatarı ilə Bakı-sərnişin stansiyasına gəlirəm. Xırdalandan 08:15 qatarı ilə çıxıram və qrafik üzrə 08:37-də sonuncu stansiyaya çatıram. Bir gün əvvəl da Bakı-Ağsatafa qatarına 08:45-də yola düşəcək qatara bilet almışam.
Yəni bu qatardan düşüb digər qatara minməli idim. Amma Xırdalan-Bakı qatarı gecikdiyindən Bakı-sərnişin stansiyasına 08:45-də çatdı və mən qatara minə bilmədim. Belə olan halda kompensasiya ödənilir, ya yox? Yəni biletim yenisi ilə əvəzlənir, ya yox?”, - deyə o bildirib.

Qurumdan Ölkə.Az-a bildirilib ki, sözügedən problem xidmət sahəsinə aid olduğundan sərnişin qurumun qaynar xəttinə və ya çağrı mərkəzinə müraciət etməli, bilet barədə məlumatları təqdim etməlidir ki, problem yerində araşdırılsın. Qeyd edilib ki, qaynar xətt beləliklə vəziyyəti aydınlaşdıracaq və müştəriyə kompensasiya ödənilib-ödənilməməsi barədə dəqiq məlumat verəcək.

Billurə

 

 

0.030351877212524