Sumqayıt-Bakı qatarında gecikmə qeydə alınıb

Sumqayıt-Bakı qatarında gecikmə qeydə alınıb
 

Bu gün saat 7:50-də Sumqayıtdan Bakıya hərəkət edən sürətli sərnişin qatarında bir neçə dəqiqəlik gecikmə qeydə alınıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC xəbər verir.

Məlumata görə, buna səbəb Pirşağı dəmiryol stansiyasının yaxınlığında işarəvermə və rabitə xidmətində nasazlığın yaranmasıdır. Nəticədə işıqforlar qırmızı yanıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.

“Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, onlar qrafikə uyğun hərəkət edir”, - deyə ADY-nin məlumatında qeyd olunur.

 

0.14704608917236