Diplomatlar Qəzzadakı durumu müzakirə ediblər

Diplomatlar Qəzzadakı durumu müzakirə ediblər
 

Türkiyənin xarici işlər nazirinin müavini Yasin Ekrem Serim Braziliya XİN-in baş katibi səfir Mariya Laura da Roça ilə Qəzzadakı vəziyyəti müzakirə edib.

Paralel.az xəbər verir ki, tərəflər BMT-nin Cenevrə şəhərindəki inzibati binasında görüşüb.

“Görüşdə Qəzzadakı mövcud durum və humanitar yardım cəhdləri başda olmaqla ölkələrimiz arasındakı əməkdaşlıq xüsusları ətrafında fikir mübadiləsi aparılıb”, - xarici siyasət idarəsinin mətbuat xidməti bildirib.

 

0.015465974807739