Rusiya XİN: Moskva Bakı və İrəvan arasında sülh sazişinin hazırlanmasına kömək etməyə hazırdır

Rusiya XİN: Moskva Bakı və İrəvan arasında sülh sazişinin hazırlanmasına kömək etməyə hazırdır
 

“Report” xəbər verir ki, bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib.

“Ermənistan-Azərbaycan sülh sazişinin imzalanması müddətinə gəlincə, hər zaman dediyimiz kimi, bunları tərəflər özləri müəyyən etməlidir. Biz də öz növbəmizdə balanslaşdırılmış sazişin hazırlanmasında tərəfdaşlarımıza bundan sonra da kömək etməyə hazırıq. Bu sənəd regionda sabitlik üçün etibarlı zəmin yaratmaq məqsədi daşıyır”, - o bildirib.

0.01598596572876