Bizim Ermənistanla bağlı belə bir planımız yoxdur – Aİ-dən açıqlama

Bizim Ermənistanla bağlı belə bir planımız yoxdur – Aİ-dən açıqlama
 

“Aİ Ermənistanla birgə hərbi təlimlər keçirmək imkanını nəzərdən keçirmir. Aİ hərbi ittifaq deyil, o, siyasi və iqtisadi dəyərlər birliyidir”.

Paralel.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano “İzvestiya”ya açıqlamasında bildirib.

Stano əlavə edib ki, bundan əlavə, Avropa İttifaqının Aİ-yə üzv ölkələrin ərazisində erməni hərbçilərinə təlim keçmək planı yoxdur.

Stano deyib ki, Avropa İttifaqı Ermənistan ordusuna Avropa Sülh Fondu vasitəsilə “qeyri-öldürücü formatda” dəstək vermək imkanlarını öyrənir, lakin hələlik konkret qərar yoxdur.

Bəzi ekspertlər Qərb dövlətlərinin Ermənistan istiqamətində aktiv addımlar atacağını gözləsələr də, reallıqda vəziyyət fərqli ssenari üzrə inkişaf edir. Xüsusilə Almaniya Berlinin İrəvanla hərbi əməkdaşlığı ciddi şəkildə artırmaq niyyətində olmadığını gizlətmir. Bundestaqın Müdafiə Komitəsinin üzvü Yan Nolte “İzvestiya”ya bildirib ki, Almaniya parlamenti Ermənistana silah verilməsi imkanını nəzərdən keçirmir.

“Hakimiyyət Ukraynanı silahla dəstəkləməyə davam etmək istəyir və bu, indiki vəziyyətdə onsuz da çətindir. İsrail və Qəzza zolağında vəziyyətin bundan sonra necə inkişaf edəcəyi də bəlli deyil. Hər halda, bu, müdafiə komitəsinin gündəliyində deyil”, - Jan Nolte bildirib.

 

0.018929004669189