"Qırmızı adam" Faiqi bu suala görə döymək istəyiblər - Özü danışdı (VİDEO)

 

"Youtube”də çəkdiyi "Qırmızı adam” verilişi ilə məşhurlaşan aparıcı və aktyor Faiq Erolun döyülməsi ilə bağlı görüntülər yayılıb.

Məsələ ilə bağlı azxeber.com-a açıqlama verən Faiq Erol böyüdüləcək bir məsələnin olmadığını, konfliktin sadəcə  yanlış anlaşılma səbəbindən baş verdiyini deyib:

"Dünən "Neftçilər" metrosu ərazisində verilişim üçün çəkiliş aparırdım. Bir kişiyə yaxınlaşıb sualımı ünvanladım. Sual da bundan ibarət idi ki, "Üzünüzdən nə yağır?”. Bir yaşlı kişi cavab verdi ki, "Üzümdən zəhrimar yağır”. Mən ondan aralaşdım. Heç beş dəqiqə keçməmiş həmin şəxs yenidən mənə yaxınlaşıb problem yaratmağa başladı. Mən də ona bildirdim ki, narazı idinizsə, cavab verməzdiniz. Bu an aramızda anlaşılmazlıq yaşandı və biz əlbəyaxa olduq”.

Aparıcı görüntüləri kimin yaydığını bilmədiyini və xəsarət almadığını bildirib:

"Orada hamı başladı telefonla çəkməyə. Cavan uşaqlar idi. Amma kim yayıb görüntüləri, heç bir məlumatım yoxdur. Nə hansısa bir xəsarət almışam, nə də polisə məlumat vermişəm. Çünki buna səbəb yoxdur”.

Qeyd edək ki, döyülən şəxs qeyri-etik davranışları və sualları ilə diqqət çəkib. Onun hazırladığı videolara izləyicilər “səni bir gün döyəcəklər” şərhini yazmışdı.

Məlumat üçün bildirək ki, sözügedən sorğunun konseptinə əsasən insanlar ələ salınır, respondentlər cavablarına görə lağ obyekti kimi təqdim olunur.

 

0.013307094573975