Kainatın dərk edilməsində Qarabağ Kabbalahı fəlsəfəsi...

Kainatın dərk edilməsində Qarabağ Kabbalahı fəlsəfəsi...
 

Azərbaycanın işğal altındakı  Dağlıq Qarabağ və Laçın ərazilərində, dünyada nadir hallarda təsadüf edilən daş fiqurlar aşkar edilmişdir. Əminliklə deyə bilərəm ki, bu daş fiqurların tədqiqi astrofizika  sahəsində dünya elminə böyük töhfələr verəcək, kainatın dərk edilməsi elminə Qarabağın töhfəsi olacaq və Qarabağda yenicə aşkar edilən Qarabağ Kabbalahı qanunu dünyaya səs salacaqdır.

Daş Allahın çörəkdən sonra insana bəxş etdiyi ən gözəl nemətlərdən biridir. İnsan dünyanın yaranışından bu yana, özünün bütün hiss və həyacanını, bilik və bacarığının ən orjinal nümunələrini daş üzərində həkk etmişdir. Daş insan üçün tarix, məişət aləti, ov aləti, mədəniyyət, hisslərin ifadəsi, inam-inanc yeri, qorunmaq üçün sığınacaq, müdafiə olunmaq üçün silah olmuşdur. 

Daş, ilk insanların mövcudluğunu sübut edən yeganə faktordur desək, bəlkə də, yanılmarıq.

Azərbaycanın digər ərazilərində olduğu kimi, Qarabağ ərazilərində də ilahiləşdirilmiş təbii obyektlərdən ən qədimi daş olmuşdur. Bəlkə də bu, ona görədir ki, daş insanların həyatına və məişətinə bir müqəddəs nemət kimi daxil olub və orada özünə əbədi yer tutubdur. Daşın həmişə insanların təxəyyüllərinin inkişafında mühüm yeri olmuşdur. İlk dəfə insanların bədii yaradıcılığı da məhz daş üzərində mümkün olmuşdur.

Antik dövr oymaları içərisində insan, quş, heyvan işləmələri ilə yanaşı, sujet xarakterli oymalara və eləcə də daş üzərində, hətta bütöv bir ov səhnəsinin yaradılmış cizgilərinə də rast gəlinir. Zaman keçdikcə, şüur inkişaf etdikcə isə, daha mürəkkəb xarakterli oymalar meydana gəlməyə başlamışdır. Bu cür daş fiqurların böyük əksəriyyətinin nə məqsədlə hazırlanması və ya nə məqsədlə istifadə edilməsi, alimlərimiz tərəfindən hələlik tam öyrənilməmişdir. 

Bütün bu müşahidələr əsasında belə bir fikir söyləmək mümkündür ki, ibtidai insanların daş üzərindəki yaradıcılığı onların həyatı, məişət qayğıları və əmək vərdişləri ilə çox sıx şəkildə bağlı olmuşdur. Daş üzərindəki oymaların müxtəlif dövrlərdə müxtəlif formalarına rast gəlirik. Bəlkə də bu səbəbdəndir ki, tunc dövrü daş və qaya rəsmlərinin xüsusi özəlliyinin şahidi oluruq.

Tunc dövrünə qədər və tunc dövrü qaya rəsmləri, bir qayda olaraq ovçuluqla təbii ki, sıx bağlı idi. Amma tunc dövrünün axırlarında görürük ki, metaldan hazırlanmış mükəmməl formalı əmək alətlərinin meydana gəlməsi heyvandarlıqğı və əkinçiliyi inkişaf etdirərək, ovçuluq peşəsinə olan marağı xeyli azaldır. Bu hadisələr də eyni ilə keçmişdə olduğu kimi, özünü o dövrdəki bədii formalı daş abidələrimizdə büruzə verirdi. Belə ki, bütün bunları biz zamanın inkişafı ilə əlaqədar olaraq tunc dövründəkindən daha mürəkkəb formalı oymaların və sujet xrakterli fiqurların meydana gəlməyə başladığını müşahidə edirik. Artıq bu o dövr idi ki, insanların yaşayışı üçün əsas qida mənbəyi ovçuluq yox, kənd təsərrüfatı və başqa sənətkarlıq sahələri hesab edilirdi.

Sonrakı dövrlərdə biz daş üzərində tətbiq olunan həndəsi fiqurlara və digər ornamentlərəeləcədə oyma tipli mürəkkəb işləmələrə memarlıq abidələri üzərində də işləndiyinin şahidi oldur.Bütün bunlarla yanaşı Qarabağın daş fiqurları içərisində göyün və yerin qatlarını özündə təzahür edən oymalara təsadüf edirik. Maraqlıdır ki hələ min illər bundan öncədinlərin təşəkkül tapmadığı bir dövrdə, kainatın yaranışı xeyirlə şərin mübarizəsi yerli xalqların fəlsəfi dünyagörüşündə bütün dəqiqliyi ilə öz əksini tapmışdır. Kainatın dərk edilməsi Kabbala adlı elmdir. Bu elm İspaniya, İsrail, Almaniya, Amerika, Rusiya, İtalya, Fransa, Hindistan kimi ölkələrdə geniş şəkildə təbliğ olunur.

Kabbalah nədir?

İnsanlar ta qədim zamanlardan göyün və yerin qatlarının, həyatda baş verən və baş verə biləcək bütün müammalı hadisələrin mahiyyətini qabaqcadan öyrənmək üçün vasitələr axtarmış hətta göy cismlərinin öyrənilməsinə belə maraq göstəriblər. Bu axtarışların nəticəsində Kabbala elmi meydana gəldi. Bu elmin dünyada çox sayda tanınmış nümayəndələri olub onlardan biri də Nostradamus təxəllüsü ilə məşhur olan Mişel de Notrdamdır.

Kabbala insan mənəviyyatı ilə bağlı dünyəvi elmdir.Kabbala kainatın ümumi quruluşu, formalaşması, başlanğıcı və sonuproseslərini, kainatdakı hərəkət sistemləriniözündə ehtiva edən elmdir. Bu elmə aşağıdakı sahələr daxildir:

1. Bizi əhatə edən kosmos, günəş sistemi, bitki aləmi, heyvan təbiəti və insan da daxil olmaqla kainatın bütün varlıqları;
2. İnkişaf prosesinin mövcudluğu  və əsas məqsədi;
3. Prosesə insan müdaxiləsi ehtimalı (yəni antropologiya aspekti);
4. Mövcud həyat və biz, həyatda insan və cəmiyyətin meydana gəlməsindəonların qədim əcdadları arasındakı əlaqə;
5. Dünyada mövcud olanhəyat, ölümdən sonrakı həyat;
6. Həyatın sxemləri;
7. İnsanın həyatın yüksək fazasına daxil olma ehtimalı;
8. Dünyamızda doğum və ölüm;
9. Elm, incəsənət, mədəniyyətin mənbələri,  dil, insanın davranışı, əlaqələrivə bunlarınhəyatda mövcudluqlarının səbəbləri.

Yuxarıda sadalananlarıözündə birləşdirən Kabbala, ali bir qanun yaratdı. Bu qanunkainatla insanlar arasında əlaqəni bərpa edir. Bu elm insan idrakının köməyi ilə insan dərk etdiyi dünyanı deyil,  həm də insan idrakına naməlum qalan kainatın bütün dərinliyinin tam həcmini dərk edə bilməsi(öncəgörməsi) mümkündür. Kabbala, insana özünü daha yaxşı dərk etməyə,  yer üzündə baş verən və baş verəcək hər şeyin səbəbini anlamağa imkan verən elmdir.

Qarabağ Kabbalahı

Kabbalahın qədim izlərinin Qarabağda tapılması, bu ərazilərin nə qədər qədim və zəngin mədəniyyətə və tarixə malik olduğunun əyani sübutudur. Kainatın öyrənilməsi prosesi dünyanın bir çox ölkələrində ciddi tədqiqat obyekti olub, yüzlərlə insan bu sahə ilə məşğul olaraq, çoxsaylı kəşflərə nail olublar. Kabbala fəlsəfəsinin təzahürlərinin Qarabağda aşkar edilməsi, bu elmin  bu ərazidə hələ XII-XIV əsrlərdən başlayaraq öyrənildiyi barədə fikir formalaşdırır.

Kabbalah elminə aid daş nümunəsi ilk dəfə mənim tərəfimdən Laçın rayonunun Malıbəy kəndi ərazisində 1983-cü ildə Həkəri çayının Minkənd qolunun sahilində bağ sahəsində aşkar edilmişdi. Bu sujetli daş üzərində yaradılan sixem, canlı aləmin 4 ünsürü od, torpaq, hava, su barədə bilgilər verir. Bu azərbaycanlıların yazın gəlişi ilə bağlı qədim inanclarında da (4 çərşənbə) özünə məxsus yer tutub. Od, torpaq, hava, su olan bu dörd ünsür, həyatda ölü nöqtədən yenidən doğulmanın canlanmanın təzahürü kimi özünü göstərir. Bu bəzən ölümdən sonrakı həyat kimi də vəsf olunur.

Daşın üzərində dörd dərin dairə çızılıb, sonuncu dairənin içərisindəki ərazi yerin nüvəsi hesab olunur. Bu dairələrin hər biri nəzərdə tutulan dörd ünsürün hər birinin ayrı-ayrılıqda sərhədlərini müəyyənləşdirir. Hər qalın dairənin arasındakı 40 nazik dairələr isə hər ünsürün özünə aid simvollardır. Daş üzərindəki dairələr daxilində  olan X1, X2, X3 əraziləri xaricdən dairələrlə əhatə olunublar  və fərqləndirilmiş ünsürün ilk quruluşunu təmsil edirlər. Qalın dairələr arasında qırxlıq konsentrik dairələr tərəfindən simvollaşdırılan aşağı kainat, göydə olan ilahi qüvvələr,  ulduzlar, dünya və insan eləcədə hərəkətdə olan digər  canlı  varlıqları təmsil edir.

Azərbaycanın nağıl və rəvayətlərində də Kabballah elminin işarələrinə rast gəlmək olur. Məsələn: nağıl qəhrəmanı otuz doqquz qapıdan keçərək qırxıncı otaqda qızın dizinin üstündə yatmış divi öldürməsi və s. bu kimi qəbildən olan nümunələrdir. Aşkar etdiyimiz ornamental görüntüdə qalın dairələrin arasındakı 40 nazik dairələr tərəfindən simvollaşdırılan xeyirlə şərin, ölümlə dirilişin mübarizəsi kimi başa düşmək olar.

Kabbalah elmində səmavi cismlərin öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Burada planetlər haqqında tanrıların hekayələri, planetlərin  düzülüşü, onların yerdəyişmələri nəticəsində canlı aləmə təsiri diqqətlə izlənilir. Kabbalah elmində planetlərin həftənin günlərinə uyğunlaşdırılaraq özünəməxsus sistem yaradılmışdır.

Kabbalah - indi Rusiyada və Qərbdə çox öyrənilən bir elm sahəsidir. Uzun müddət bu elm (iduizm) yəhudilik içərisində yaşamış və yalnız XIII əsrdə müstəqil bir dinə çevrilərək dünyaya yayılmışdır. Kabbalistlərin fəaliyyətləri nəticəsində onların  "Zohar" və ya "Parlayan" kəlam kitabı yaranmışdır. Zohar kitabı dünyadakı bütün məlumatları ehtiva edən dünyanın xüsusi kodu kimi qiymətləndirilir. Bu kitab Tövratın dünyada zühr edilməsindən əvvəl yazıldığı deyilir. Beləki Tövrat allah tərəfindən nazil olmuş kəlamlardan tərtib edilmiş və insanları allaha ibadət etməyə çağırır. Kabalistlərin  kitabının məqsədi isə müqəddəs mətni oxumaq və əldə edilmiş biliklərlə insanın ruhunda və cismində  dəyişikliklərə nail olmaqdır. Kabbalah, insan ruhunun ölməyəcəyini və əbədiyyətə qədər  yüksələ biləcəyini öyrədir. 

Dünyada maraqla öyrənilən bu elmin qədim zamanlardan Qarabağda izlərinin mövcud olması, tolerantlığın Azərbaycanda ciddi əsaslara söykəndiyini sübut edir. 2017-ci ilin fevral ayında Dağlıq Qarabağın Ağdərə rayonunun cənub-qərb ərazilərində aşkar edilmiş daş fiqurlar, kaballahın maraqlı detallarını üzə çıxarır. Göy cismlərini xatırladan bu qədim əl işləri, planetlərin müasir görüntüləri ilə uyğunluq təşkil edir. Beləki dünya kabbalistləri indiyə qədər  kabbalahn simvollarını  xatırladan belə qədim nümunələr nümayiş etdirə bilməyiblər.Ola-bilsin ki, bu elmin öyrənilməsinə Şərq və Qərb ölkələrindən daha öncə Qarabağda başlanmışdır. Bu daşlar üzərində təhqiqat aparılması bəlkədə dünyada kaballah fəlsəfəsinin tarixinin kökündən dəyişməsinə səbəb olacaq və Qarabağ Kaballahı adlı bir elm meydana gələcəkdir. 

Kaballah rəmzləri və simvollarını eyni zamanda Qarabağdakı bir çox memarlıq abidələrinin üzərində də müşahidə etmək mümkündür. Məsələn: Kəlbəcər rayonu ərazisindəki Dədəvəng və Gəncəsr monastırları, Əsgəran rayonu ərazisindəki Ulubab məbədi və onlarla digərlərini misal göstərmək olar. 

Bu daş nümunələrinin aşkar edildiyi ərazilər Ermənistanın işğalı altında olduğundan o ərazilərdə tədqiqat işlərinin aparılması qyri-mümkündür. İşğal altında nəzarətsiz qalan mədəni irsimizə qarşı ermənilər tərəfindən vaxtaşırı  çox ciddi basqılar və dağıntılar  həyata keçirirlər. Şəkillərdən də göründüyü kimi kabbalah elminə aid daş fiqurların da bir çoxunun ətrafları sındırılıb, bir çoxları qazılaraq yararsız hala salınıblar.  

 

Memarlıq abidələri üzərində də mövcud olan bir çox simvol xarakterli oymalar ermənilər tərəfindən ya silinir, dəyişdirilir, ya da yeni oymalarla əvəz olunurki bu da gələcəkdə aparılacaq tədqiqatın məzmununu dəyişərək başqa istiqamətə yönləndirir. Ona görə də müvafiq təşkilatlar bu məsələni Beynəlxalq Təşkilatlarda daim qaldırmalı, məsələnin daim gündəmdə qalmasına nail olmalıdırlar.

Faiq İsmayılov

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri.
AMEA A. Bakıxanov adına Tarix İnstitunun əməkdaşı.

 

0.019682168960571