İranın yeni səfiri Türkiyənin milli müdafiə naziri ilə görüşüb

İranın yeni səfiri Türkiyənin milli müdafiə naziri ilə görüşüb
 

İranın Türkiyədəki yeni səfiri Məhəmməd Həsən Həbibollahzadə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​ilə görüşüb.

Bu barədə “Mehr”agentliyi xəbər verir.

Görüşdə iranlı diplomatla Türkiyənin müdafiə naziri İran və Türkiyə əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Hər iki tərəf ölkələr arasındakı tarixi əlaqələr və ortaq cəhətlərə toxunaraq, İran-Türkiyə əlaqələrinin bütün sahələrdə maksimum dərəcədə gücləndirilməsinin vacibliyini vurğulayıblar.(Report)

 

0.016901016235352