Tanınmış oftalmoloq – cərrah Şəhla İbrahimovaya xəstə valideynlərindən MİNNƏTDARLIQ

Tanınmış oftalmoloq – cərrah Şəhla İbrahimovaya xəstə valideynlərindən MİNNƏTDARLIQ
 

Əziz oxucu, bir neçə gün bundan əvvəl 9 yaşlı qızımız iki gün gecə gündüz göz ağrısından yata bilmir, fəryad çəkirdi. 

Evimizdə, ocağımızda sözün indiki mənasında ciddi gərginlik yaşanırdı.

Yaxınlarımız, doğmalarımız xəstəni oftalmoloq Şəhla İbrahimovaya göstərməyi tövsiyə edirdilər. Biz doktoru yaxından tanıyanların məsləhəti ilə onun çalışdığı “SPERO” xəstəxanasına yollandıq.

Doktorun iş otağının önündə xeyli pasiyent növbə gözləyirdi. Şəhla doktor göz ağrısından neçə gündür əziyyət çəkən qızımızı eləcə də valideyn olaraq bizi qəbul elədi. Müasir aparatda uşağın gözünü müayinədən keçirdi və təyinat verdi. Elə həmin gündən də uşağın göz ağrılarına son qoyuldu.

Mübaliğəsiz demək mümkündür ki, Şəhla doktor, Siz dəryada boğula övladımızı üzləşdiyi bəladan xilas edib sahilə çıxartdınız. Şəhla doktor, məlumatlara görə Siz 2017-ci ilin oftalmoloq həkimi elan olunmusunuz.

Bu ad, titul Sizin gərgin zəhmətiniz, dərin elmi potensialınız və zəngin təcrübəniz sayəsində mümkün olub. Araşdırmalarımız bunu deməyə əsas verir ki, yüzlərlə xəstə zərgər dəqiqliyi ilə həyata keçirdiyiniz uğurlu göz əməliyyatlarınızla və düşünülmüş təyinatınızla şəfa tapıb yenidən həyata vəsiqə alıb.

Deyilənlərə əlavə edək ki, Sizin yüzlərlə uğura imza atmağınızın ən başlıca səbəbi odur ki, Siz vətənini, xalqını canı, qanı qədər sevən Azərbaycan xanımısız və tanınmış görkəmli oftalmoloqsunuz. Biz də xəstə valideyni kimi öz növbəmizdə deyirik:

Doktor, məmləkətimizin duzu, çörəyi, havası, suyu Sizə halal olsun.

Siz xalqımız, vətənimiz Azərbaycan üçün ən dəyərli göz həkimisiniz. İzn verin, doktor

Sizə təşəkkür borcumuzu verək, Sizə əbədi cansağlığı, dağlar ömrü arzulayaq və səmimi qəlbdən deyək ki, Şəhla doktor dünyanı doyunca yaşayın, sağlam, mənalı, məzmunlu yaşayın!

Hələ 12-ci əsrdə yaşayıb yazıb yaratmış Şeyx babamız Nizami Gəncəvi əsərlərinin birində deyirdi:

“Çalış ki, xalqının işinə yarı, geysin əməlindən ellər zər xara”

Şəhla doktor, göründüyü kimi dahilər dahisi bu müdrik misralarını sanki

Sizin xeyirxah əməllərinizə ithaf etmişdir.

Bu əməllər bundan sonra da Sizə ucalıq gətirəcək Sizə ümumxalq məhəbbəti qazandıracaq. Sizi şöhrətləndirəcək.

Allah Sizi qorusun - Amin!

goz hekimi minnetdarliq manset goz hekimi minnetdarliq goz hekimi minnetdarliq1 goz hekimi minnetdarliq2

Hörmətlə: Sağlamlığına qovuşan xəstənin valideynləri

0.018625974655151