Yeni reallıqların diktə etdiyi NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİLƏRİ

Yeni reallıqların diktə etdiyi NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİLƏRİ
 

Azərbaycan Prezidenti İlham Əliyev 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Bu seçkilərin keçirilməsini şərtləndirən bir sıra ciddi amillər mövcuddur. 

Birincisi, qlobal geosiyasi proseslər.

İkincisi, 2024-cü ildə Azərbaycan üçün əhəmiyyət kəsb edən Rusiya və ABŞ-də də prezident seçkiləri keçirilməsidir ki, gələn il, ümumiyyətlə, 70-ə yaxın ölkədə bu proses nəzərdə tutulur.

Üçüncüsü, Azərbaycanın erməni işğalına son verərək ərazi bütövlüyünü və suverenliyini təmin etməsi nəticəsində Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallıqlar.

Dördüncüsü, Rusiya-Ukrayna müharibəsi, geosiyasi proseslərin mərkəzinin tədricən Cənubi Qafqaza köçməsi, bölgə uğrunda maraqlı güclər arasında savaşın getdikcə kəskin xarakter alması, İrəvanla Bakı arasında gözlənilən sülh müqaviləsi, bu istiqamətdə aparılan danışıqlar, Yaxın Şərqdə baş verən proseslər, xüsusən də İsrail-HƏMAS müharibəsi və ümumiyyətlə, Avrasiya coğrafiyasında baş verən geosiyasi dəyişikliklər bu seçkini labüd edir.

Bu seçki həmçinin Azərbaycanın yaratdığı yeni reallıqda yeni dövrə qədəm qoyması baxımdan əhəmiyyət kəsb edən proses olacaq. 

2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycanın növbəti mərhələdə bölgədə dayanıqlı sülhün, sabitliyin, təhlükəsizliyin və sıx əməkdaşlıq formatının yaradılması baxımdan da çox mühüm rol oynayacaq. Növbədənkənar seçkilər seçiləcək ölkə rəhbərinə növbəti mərhələdə Azərbaycanın mövqeyini daha inamlı şəkildə ortaya qoyub addımlar atmasına mandat vermiş olacaq.

Mürtəza
Ölkə.Az

 

0.013907909393311